Rənglərin və yaradıcılığın sehrli dünyası məni hər zaman valeh edib. Makiyajla tanış olanda bunun sadəcə gözəllikdən ibarət olmadığını; eyni zamanda güclü bir hekayə anlatma yolu olduğunu kəşf etdim.
Bu gün makiyajı dizayn və media təcrübəmlə birləşdirərək ilham verən transformasiyalar və orijinal kontent hazırlayıram. Məqsədim hər üzün bir hekayəsi olduğunu xatırlatmaq və o hekayəni vizual olaraq canlandırmaqdır.
Kreativ makiyaj konseptləri və transformasiyalarla orijinal görünüşlər hazırlayıram.
Hər kontentdə vizuallığı və duyğunu birləşdirərək bir hekayə yaradıram.
Dizayn təcrübəmlə kontentlərimi daha estetik, təsirli və yadda qalan hala gətirirəm.